ABŞ-da yeni növ koronavirusdan (COVİD-19) ölən xəstələrin sayı ölkənin İkinci Dünya müharibəsində verdiyi itkilərin sayını ötüb.
“Newpost.az” RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə veretanların işi ilə məşğul olan nazirlik məlumat velib.
Belə ki, İkinci Dünya müharibəsindəki döyüşlər zamanı 291 557 nəfər amerikalı həlak olub. Cons Hopkins adına Universitetin məlumatına görə isə, dekabrın 10-da yeni növ koronavirusdan ölənlərin sayı 292 141 nəfərə çatıb.