Bu il birinci yarısında Cənubi Qafqaz boru kəməri (CQBK) üzrə ümumi xərclər 60 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 25% artım deməkdir.
Bu barədə BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan məblağın 41 mln. dolları əməliyyat xərclərinin, 19 mln. dolları isə əsaslı xərclərin payına düşüb.

















































































































































