Əsas səhifəYazarlarİlham Məmmədov: “Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyət kredosu Azərbaycanın çiçəklənməsi və güclənməsi naminə həsr olunub”
İlham Məmmədov: “Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyət kredosu Azərbaycanın çiçəklənməsi və güclənməsi naminə həsr olunub”
Bu gün hər bir azərbaycanlı üçün başucalığı gətirən,qürur hissi doğuran “xoşməramlı səfir” adını layiqli işi ilə doğruldan,Azərbaycanın bir çox təşkilatda tanınması üçün vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirən Mehriban xanım Əliyeva “Əsrlərin messanatları” Beynəlxalq Xeyriyyəçilik Fondunun Yaqut Xaç ordenini almış ilk qadındır.Ölkənin birinci xanımı kimi respublika əhəmiyyətli işlərdə təşəbbüskarlığı ilə seçilən Mehriban xanımın ana,uşaq,ailə problemlərinin öyrənilib aradan qaldırılmasında göstərdiyi xidmətlər saysız-hesabsızdır.Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə əməkdaşlıq edərək ikitərəfli münasibətlərdən bəhrələnən beynəlxalq təşkilatların nümayəndələri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil olunan konfrans və simpoziumlarda iştirakdan məmnun qalmaqla belə görüşləri Azərbaycanda təhsilin,səhiyyənin,mədəniyyətin inkişafı istiqamətində atılan mühüm addım kimi qiymətləndirirlər. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev deyib: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”.
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyət kredosu Azərbaycanın çiçəklənməsi və güclənməsi naminə həsr olunub. 2017-ci il 21 fevral tarixində Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyeva ölkənin Birinci vitse-prezidenti kimi ilk çıxışı zamanı qeyd etmişdir: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun xətti ilə Azərbaycanın dövlət uşaq siyasətinə xüsusi diqqət yetirərək gənclərə xüsusi qayğı göstərir, onların respublikamızın layiqli vətəndaşları olması, kimsəsiz uşaqların sağlam böyüyüb boya-başa çataraq cəmiyyətə inteqrasiya etməsi və həyatda öz yerlərini tutmaları üçün mərasimlər, bayramlar, müxtəlif gərəkli layihələr həyata keçirir. Gənclərimizin təhsildə, idmanda fərqlənmələri üçün, rahat şərait yaradılır. Bu gün ideal qadın obrazı olan Mehriban xanım Əliyevanın şəxsində və onun yaratdığı şəraitdən yararlanan qadınlarımız dünya səviyyəsində öz sözünü deyə bilir. Humanizm və mərhəmət prinsiplərini rəhbər tutan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə amnistiya aktlarının icrası həyata keçirilmişdir. İnsanların öz ailələrinə qovuşması, onların göz yaşlarının sevincə qərq olması əvəzsiz bir nemətdir. Heydər Əliyev Fondu beynəlxalq əməkdaşlıq çərçivəsində də fəaliyyətini uğurla davam etdirir. Pakistanda açılan təhsil müəssisələri, Budapeşt şəhərində korlar üçün uşaq evi, uşaq bağçası və ibtidai məktəbi əhatə edən mərkəzin yeni korpusunun inşa edilməsi, uşaqların qidalanması, müalicə təminatının daha yaxşı şəraitdə aparılmasına imkan yaradacaq “Laszlo Batthyanu” Roma Karolik Evinin mövcud binası üçün yataqxana korpusunun tikintisi və s. saysız-hesabsız xeyirxahlıq məqsədi ilə görülən işlər bizləri də sevindirir. Ərazisi 18 min km olan Müqəddəs Roma katakombaları kompleksinin Heydər Əliyev Fondu tərəfindən bərpa edilməsi müsəlman dünyasının xristian aləminin bu mühüm abidəsinə töhfəsidir. Mehriban xanəm Əliyevanın xalqımızın maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdəki rolu barədə aydın təsəvvür yaradır.O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsidir. Yüz il bundan əvvəl Azərbaycan Şərqdə qadınlara seçki hüququ verilən ilk ölkə kimi tarixə düşmüşdür. Bu gün, yəni, yüz il sonra Mehriban xanımın simasında Odlar Diyarı dünyaya yeni qadın obrazı təqdim edir. Xüsusilə postsovet məkanında birinci xanım institutunun əhəmiyyəti və rolunun aktivləşməsi sahəsində çox böyük töfhələr verir.