Mərdəkanda dənizdə itkin düşən BDU tələbəsi 19 yaşlı Zeynəb Məmmədzadədən bir aydır xəbər yoxdur.
Bu barədə dənizdə itkin düşən tələbənin yaxını Üzeyir Eldar Cəfərov sosial şəbəkə hesabında paylaşım edib.
O xatırladıb ki, iyulun 6-sı Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin nəzarətsiz hissəsində 4 nəfərin batması ilə bağlı hadisə baş vermişdi:
“Hadisə barədə məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub. Keçirilən əməliyyat nəticəsində 1975-ci il təvəllüdlü Rasim Məmmədov və 2016-cı il təvəllüdlü Aylin Məmmədzadə xilas edilmiş, 2005-ci il təvəllüdlü Raul Məmmədovun meyiti isə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Lakin hadisə zamanı itkin düşən Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin III kurs tələbəsi, FL-195 qrupunun əlaçı tələbələrindən olan 2007-ci il təvəllüdlü Zeynəb Məmmədzadənin axtarışları artıq 30 gündür ki, nəticə verməyib”.