Vaşinqtonda sursat çatışmazlığı olduğu iddia edilən media xəbərləri fonunda ABŞ prezidenti Donald Tramp ölkənin böyük ehtiyatlara malik olduğunu ifadə edib.
Siyasətçi bunu sosial media platforması “TruthSocial”da paylaşıb.
Amerika liderinin sözlərinə görə, sursat lazım olduqda “böyük miqdarda” istehsal olunur və ABŞ-yə çatdırılır.
Dövlət başçısı əlavə edib ki, bu cür “məlumat yayanları” uzunmüddətli həbs cəzası gözləyir.