Rusiya vətəndaşları iş, təhsil, müalicə və ya qohumlarına baş çəkmək üçün xaricə gedə biləcəklər.
“Newpost.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunun üçün vətəndaşlar tərəfindən səfərin məqsədini təsdiqləyən aşağıdakı sənədlərin təqdim olunması mütləqdir:
-
müalicə məqsədi ilə gedərkən müvafiq tibb təşkilatı tərəfindən müalicə müddətini göstərən və ya Rusiya Səhiyyə Nazirliyi tərəfindən verilmiş sənəd;
-
xəstə qohumlarına qayğı göstərmək üçün – xəstələrin vəziyyətini təsdiq edən müvafiq tibb təşkilatının məlumatları, həmçinin qohumluq əlaqələrinin dərəcəsini təsdiq edən sənədin surəti;
-
işləmək məqsədi ilə – əmək fəaliyyətinin əsaslılığını təsdiqləyən məlumatlar tələb olunur (məsələn, xarici işəgötürənlə bağlanmış müvafiq əmək müqaviləsi və ya qəbul edən tərəfin səlahiyyətli təşkilatı tərəfindən verilmiş iş icazəsi);
-
təhsil almaq məqsədi ilə – müvafiq xarici təhsil müəssisəsində təhsil aldığını təsdiqləyən sənədlər (və ya Rusiya universitetindən xaricdə təhsil almağa göndərilməyə dair sənəd);
-
Qeyd olunanlarla yanaşı işə və ya təhsil almağa gedərkən xarici dövlətin icazə sənədi.















































































































































