İsraildə hərbi xidmət həm kişilər, həm də qadınlar üçün məcburidir. Kişilər üç il, qadınlar iki il xidmət edirlər.
“Newpost.az” xəbər verir ki, İsraildə hərbi xidmət məcburidir. 18 yaşını bitirmiş və ya 12-ci sinfi bitirmiş bir kişi və ya qadın hərbi xidmətə çağırılır. Əsgərlik İsrail ərəbləri, hamilə qadınlar və evli qadınlar üçün məcburi deyildir. Əsgərlik qadınlar üçün iki il, kişilər üçün üç ildir.