Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti test mərhələsi olacaq.
“Newpost.az” xəbər verir ki, imtahanların birinci günündə fiziki tərbiyə və ibtidai sinif müəllimi olmaq istəyən namizədlər iştirak edəcək.
Sözügedən imtahanlarda 3 350 namizədin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, imtahanlar Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan, Masallı, Kürdəmir, Ağdaş, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.