“Özəl bağçaların maliyyələşməsi aylıq əsasda həyata keçiriləcək”.
Bunu MÜTDA-nın direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında bildirib.
“Məktəbəqədər təhsil icbari deyil. Valideynlər bəzən uşaqlarını iki-üç ay bağçaya göndərib daha sonra çıxarırlar. Ona görə də bir illik vəsait əvvəlcədən ayrılmayacaq. Uşaqların davamiyyəti monitorinq olunacaq və dövlət öz üzərinə düşən payı hər ay ödəyəcək. Necə ki, valideyn hər ay təhsil haqqını ödəyir, dövlət də aylıq maliyyələşdirmə aparacaq. Müqavilə 10 aylıq olacaq. Adətən yay aylarında valideynlər məzuniyyətə çıxdıqları və hava şəraiti ilə əlaqədar uşaqları bağçalara daha az göndərdikləri üçün bu müddət nəzərə alınıb”.















































































































































