24 iyul 2020-ci il tarixdə “İstedadını paylaş” adlı onlayn müsabiqənin iştirakçılarının mükafatlandırılma tədbiri keçirilmişdir.
“Newpost.az” xəbər verir ki, Covid-19 Pandemiyası ilə əlaqədar Respublikada tətbiq edilmiş karantin dövrü müddətində gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və istedadlı gənclərin aşkar edilməsi məqsədi ilə 10-15 iyul 2020-ci il tarixlərdə elan olunmuş “İstedadını paylaş” adlı onlayn müsabiqənin iştirakçıları Naftalan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev tərəfindən diplom və qiymətli hədiyyələr ilə mükafatlandırıldı. Belə ki, onlayn səsvermənin nəticələrinə əsasən 1-ci yer Məmmədova Afaq, 2-ci yer Əmirov Amid Şirazi oğlu və 3-cü yer Nəsirov Məhəmməd Aydın oğlu Diplom və qiymətli hədiyyələr ilə mükafatlandırılmış, digər 5 nəfər iştirakçıya isə müsabiqədə fəal iştirakına görə Təşəkkürnamə təqdim edilmişdir.
Sonda, müsabiqənin 1-ci yer üzrə qalibi Məmmədova Afaq hazırladığı əl işini idarəyə hədiyyə etdi.





















































































































































