“Dünyada heç bir ölkə Türk Dövlətləri Təşkilatının üzvləri qədər Rusiya ilə dost deyil”.
“Newpost.az”ın xəbərinə görə bunu, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amrayev “Anadolu” agentliyinə müsahibəsində deyib.
Türk Dövlətləri Təşkilatının üzvlərinin Rusiyaya yaxın olduğunu qeyd edən Amreyev:
“Dünyada heç bir ölkə Rusiyaya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, hətta Türkiyə qədər yaxın və dost deyil. Üstəlik, Rusiya ilə münasibətlərimizin bütün ehtiyacları hazırda qüvvədə olan çoxsaylı ikitərəfli sazişlərlə üst-üstə düşür”, – deyə bildirib.