Türkiyənin pop ulduzu Ajda Pekkan və Power TV-nin baş koordinatoru Atilla Şen sevgilidir.
“Newpost.az” xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb. Bildirilib ki, bir neçə gündür Bodrumda istirahət edən cütlük restorandan çıxarkən görüntülənib. Hətta onların səmimi fotoları qəzetdə dərc edilib.
Qeyd olunub ki, fotoqraflar hər iki şəxsi lentə alan zaman problemlə də üzləşiblər. Belə ki, A. Şen KİV nümayəndələrinə etiraz edərək kameraları əli ilə bağlamaq istəyib.
Daha sonra Ajda və Atilla avtomobilə əyləşərək məkandan uzaqlaşıblar.


















































































































































