Odlar Yurdu Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə 16 mart 2021-ci il tarixində start götürən “Mən Qarabağam!” gənc dizaynerlərin gözü ilə adlı yaradıcılıq layihəsinin yekunu olaraq, 6 may 2021-ci il tarixində, saat 11:00-da sərginin açılış mərasimi keçiriləcək.
Bu barədə “Newpost.az”a Universitetin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvin Məmmədova məlumat verib.
Tədbir zamanı sərgi iştirakçıları təqdim olunan işlərlə tanış olacaq və sonda komandalar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.
Sərgi 10 may tarixinədək ziyarətçilər üçün açıq olacaq.
Qeyd edək ki, tədbirdə pandemiya şəraitinə uyğun olaraq bütün zəruri tədbirlər həyata keçiriləcək.