Qatar, koronavirus məhdudiyyətlərini bir qədər də yumşaldıb.
“Newpost.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Böhran Vəziyyətlərində İdarəetmə üzrə Ali Komitəsi qərar verib. Qərara əsasən ölkədə restoranların, məscidlərin, çimərliklərin və parkların qismən açılması təmin olunub.
Qeyd olunanlarla yanaşı iyulun 1-dən etibarən muzey və kitabxanaların məhdud iş şəraitində və məhdud iş saatları çərçivəsində fəaliyyət göstərməsinə də icazə verilib.