“Bölgələrdə məktəblərin niyə bağlanmadığı ilə bağlı suallar var idi”.
“Newpost.az”ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bildirib.
Onun sözlərinə görə, bir çox rayonlarda gündəlik yoluxma 3-4-5 olur: “Ona görə bu ərazilərdə kütləvi yoluxmalara gedilməsi düzgün bilinmədi. Ənənəvi qaydada öyrənmək ən vacibidir. Müəllimlər də böyük risklərlə üz-üzə qalır, amma onlar şagirdlərin öyrənməsi üçün çalışırlar. Onların əksəriyyəti də şagirdlərə üz-üzə dərs keçməyin tərəfdarıdır. Təbii ki, statistika izlənir, ayrı-ayrı yerlərdə risk olarsa, distant təhsilə keçiləcək”.