Rusiya Hava Yolları koronavirus pandemiyası səbəbi ilə beynəlxalq reyslərə qoyulan məhdudiyyəti iyul ayının sonuna qədər uzadıb. Bundan əvvəl isə Agentlik beynəlxalq uçuşların iyulun 15-dən etibarən bərpa olunmasını qeyd etmişdi.
“Newpost.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviation) hava limanlarına və aviaşirkətlərə xarici vətəndaşların Rusiyaya girişinə qoyulan qadağanın uzadılması barədə teleqram göndərib. Teleqramda qeyd edilir ki, 31 iyul 2020-ci il yerli vaxtla saat 23: 59-a qədər Rusiya Federasiyasına xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin girişinə müvəqqəti məhdudiyyət qoyulur”.















































































































































