Ötən gün Rusiyanın paytaxtı Moskva şəhəri ilə yanaşı ölkənin bir sıra qəhrəman şəhərlərində, o cümlədən Kalininqradda da Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradı baş tutub.
“Newpost.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, Kalininqradda keçirilən paradda maraqlı bir hadisə sonradan hamının diqqətini cəlb edib. Belə ki, parad zamanı qadın əsgərlərdən birinin ayaqqabısı çıxıb, lakin o, nizam-intizamı pozmadan paradı sonacan davam etdirib.
Daha sonra həmin qadın əsgər müəyyən edilərək mükafatlandırılıb.
Kseniya Kalçinskaya adlı əsgərə xatirə medalı, fəxri fərman və gül çələngi təqdim olunub.

















































































































































