Əziz yeniyetmələr!
Naftalan şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı və şəhər Təhsil şöbəsinin dəstəyi ilə Xocalı soyqırımı gününün yad edilməsi, böyüməkdə olan nəslə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması və Azərbaycan tarixinin təbliği, məktəblilərin dünyagörüşünün genişləndirilməsi, istedadlı şagirdlərin öz yaradıcılıqlarını nümayiş etdirmələri uçün şaraitin yaradılması məqsədilə 10-17 fevral 2021-ci il tarixlərdə Naftalan şəhər Orta Ümumtəhsil müəssisələrinin VI-VIII sinif şagirdləri arasında Xocalı soyqrımının 29-cu il dönümünə həsr olunmuş “Əsrin faciəsi” mövzusunda şəhər Gənclər və İdman İdarəsi inşa yazı müsabiqəsi elan edir.
Müsabiqənin şərtləri aşağıdakı kimidir:
1. İnşalar yalnız mövzuya uyğun olmalı;
2. İnşa yazısı əlyazma ilə yazılmalı;
3. Üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına riayət edilməli;
4. Yazılmış inşalar Naftalan şəhər Gənclər və İdarəsinin məsul şəxsi İsayev İsa Əlif oğluna 17 fevral 2021-ci il tarixədək təhvil verilməlidir.
Göndərilmiş inşa yazıları Naftalan şəhər Təhsil Şöbəsi tərəfindən təyin olunmuş mütəxəssislər tərəfindən yoxlanılaraq qaliblər müəyyən olunacaqdır. Nəzərinizə çatdırırıq ki, əvvələr hər hansı bir müsabiqəyə təqdim olunmuş və ya içərisində başqa yazıdan köçürülmə aşkar edilmiş yazılar qəbul edilməyəcəkdir.
1-ci, 2-ci və 3-cü yerlərin qalibləri idarə tərəfindən diplomlarla mükafatlandırılacaqdırlar.
Əlavə sual yaranarsa səhifənin inboksu və ya (+994) 55 963-91-53 nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.















































































































































