İspaniyanın Şimali Afrikadakı Seuta anklavına son 24 saat ərzində Mərakeşdən quru və dəniz yolu ilə təxminən 49 min miqrant daxil olub.
NewPost.az xəbər verir ki, bu barədə İspaniya rəsmiləri məlumat yayıb.
Məlumata görə, son günlər Seutaya keçməyə cəhd edən azı 18 nəfər həlak olub.
İspaniyanın Baş naziri Pedro Sançes baş verənləri ölkənin ərazi bütövlüyünə qarşı “hücum” və “pozuntu” kimi qiymətləndirib. O bildirib ki, hökumət qanunsuz miqrantların mümkün qədər qısa müddətdə Mərakeşə qaytarılması istiqamətində iş aparır.