Abşeron – Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində Ümumilli Lider Heydər Əliyevin yüzillik yubilleyinə həsr olunmuş silsilə tədbirlər davam edir.
Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Əbədi müstəqillik tarixi yazan lider” adlı tədbir keçirilib.
Tədbirdə Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron rayonu üzrə təhsil sektorunun əməkdaşları, rayonun qabaqcıl ziyalıları, şəhid ailə üzvləri və məktəbin müəllim kollektivi iştirak edib.