Ukrayna Prezidenti Volodimir Zelenski “G-20”liyin İndoneziyada keçiriləcək Zirvə toplantısına dəvət olunub.
“Newpost.az” xəbər verir ki, məlumatı Zelenski tviter səhifəsində paylaşıb.
“İndoneziya Prezidenti Coko Vidodo ilə telefonla danışdıq. Ukraynanın ərazi bütövlüyü və suvereniyini BMT-də dəstəklədiyi üçün ona təşəkkür etdim. Ərzaq təhlükəsizliyi problemini müzakirə etdik. “G-20”nin Zirvə toplantısına dəvətə görə təşəkkür edirəm”, – Zelenski yazıb.
Xatırladaq ki, Rusiya “G-20”liyin üzvüdür. Məlumata görə, İndoneziya Rusiya Prezident Vladimir Putinin dəvət edilməməsinə dair təklifdən imtina edərək, onu da toplantıya çağırıb.
“Bloomberg”də yer alan xəbərdə qeyd olunur ki, Rusiya və Ukrayna liderləri sammit çərçivəsində görüşə bilər.
Zirvə toplantısı 2022-ci il noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.