Şəmkirdə məktəblilər arasında “Gənc Müəllimlər Birliyi” tərəfindən Gənclər Gününün təsis edilməsinin 25 illiyinə həsr olunmuş “Gənc Coğrafiyaçılar” adlı bilik yarışı keçirilmişdir.
“Newpost.az”ın əldə etdiyi məlumata görə yarışda Şəmkir rayon təhsil şöbəsinə tabe 20 məktəb və Azərbaycan Respublikası Təhsil Nazirliyinə tabe Kimya-biologiya təmayüllü Respublika liseyi iştirak etmişdir.
Yarış 3 mərhələdə keçirilmiş, final mərhələsində 3 qrup qalib gəlmişdir. Final mərhələsində I yerin qalibi Kimya-biologiya təmayüllü Respublika liseyin “Atlantida” qrupu , II yerin qalibi Məhəmməd Füzuli adına məktəb-liseyin “Xarıbülbül” qrupu, III yerin qalibi Kür qəsəbə İ.Aznaurov adına tam orta məktəbin “Şuşa” qrupu olmuşdur.
Bütün qalibləri təbrik edir, iştirakçılara minnətdarlığımızı bildiririk.















































































































































