Əfqanıstanın paytaxtı Kabil şəhərində iki partlayış baş verib.
“Newpost.az” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb. Məlumata əsasən, partlayış nəticəsində xəsarət alanlar var.
Bildirilir ki, birinci partlayış Daşte-Barçi rayonunda baş verib və burada xəsarət alanlar var. İkinci partlayış isə İrfani Harrqoti-13 rayonunda baş verib. Burada yaralıların olub-olmaması barədə hələ ki, məlumat yoxdur.