NATO ölkələrinin xarici işlər nazirləri Əfqanıstandakı vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək.
“Newpost.az”ın xəbərinə görə, bu barədə NATO baş katibi Yens Stoltenberq “Twitter”də bildirib.
“Yaxın koordinasiyamızı davam etdirmək və Əfqanıstanla bağlı ortaq yanaşmamızı müzakirə etmək üçün avqustun 20-də NATO xarici işlər nazirlərinin fövqəladə toplantısını çağırmışam”, – deyə NATO baş katibi qeyd edib.