Təhsil naziri Emin Əmrullayev MİQ imtahanları üçün vahid kitabın olması ilə bağlı sualı cavablandırıb.
“Newpost.az” xəbər verir ki, o, bu barədə nazirliyin feysbuk səhifəsində 2021-2022-ci tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandırarkən deyib.
O qeyd edib ki, əgər müəllim kitabı oxuyub imtahan verirsə, biz onun baxcarıqlarını yox, əzbərtləmə qabiliyyətini ölçmüş olarıq:
“Ballar arta bilər, lakin balların artması işə qəbul ehtimalını azaltmır. Çünki ballar hamı üçün artır. Əslində suallar müəllimlərin bilik və bacarıqlarını ölçməlidir. Məndən soruşursunuzsa, biz hələ də daha çox bilikləri ölçürük. Lakin daha çox bacarqıları ölçməliyik”.
Gülnar Əliyeva














































































































































