Ermənistanda keçirilən seçkilərlə bağlı ilk qanun pozuntuları haqda xəbərlər gəlməkdə davam edir.
“Newpost.az”ın Virtualaz.org-a istinadən xəbərinə görə, keçmiş prezident Serj Sarkisyanın Respublika partiyasının sədr müavini Armen Aşotyan bildirib ki, hərbi hissələrdə əsgərlərin hakim partiyaya səs verməyə məcbur edilməsi haqda faktlar daxil olur.
Belə ki, Tavuş vilayətindəki hərbi hissələrdən birinin komandiri əsgərləri Nikol Paşinyana səs verməyə məcbur edir.
Zəngəzurda, Xndzoreks kəndində isə əsgərlərə Paşinyanın adından dondurma paylayıblar.















































































































































