Amsterdamda polis koronavirus üzrə məhdudlaşdırıcı tədbirlərə qarşı icazə olunmamış nümayişin dağıdılması üçün su şırnağını tətbiq edib.
Bu barədə Niderlandın NOS yayım korporasiyası bildirib.
Amsterdamda Muzey meydanında COVID-19 üzrə məhdudlaşdırıcı tədbirlərə qarşı icazə olunmamış etiraz aksiyası keçirilib. Aksiyada yüzlərlə insan iştirak edib. Polis aksiyaçıları dağıtmaq üçün su şırnaqlarını tətbiq edib. Aksiya zamanı 58 nəfər saxlanılıb.