Türkiyə və Yunanıstan dövlət rəsmilərinin martın 16-17-də məşvərət görüşmələri olacaq.
“Newpost.az” “Anadolu agentliyinə istinadən xəbər verir ki, əvvəlki görüş yanvarın 25-də İstanbulda baş tutmuşdu. Hər iki dövlət Egey və Aralıq dənizlərində mövcud olan problemlərin həllinə çalışır.
Qeyd edək ki, 2012-ci ildə Egey dənizində hər iki dövlətin “ədalətli, daimi və əhatəli” həll üçün -zəmin yaratmaq məqsədilə danışıqlara başlamışdı. Lakin Yunanıstan tərəfinin 2016-ci ildən sonra danışqlara etinasızlığı nəticəsində görüşmələr dayandırılmışdı.