Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 688 yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 259 897, ölənlərin sayı isə 3 221 nəfərə çatıb.