Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 537 yoluxma halı qeydə alınıb, 34 nəfər ölüb.
“Newpost.az”ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 236 028, ölənlərin sayı isə 2 728 nəfərə çatıb.