Azərbaycan 2020-ci ildə Rusiya vətəndaşlarının uçuş istiqaməti üzrə ən populyar 10 ölkə arasında qərarlaşıb.
“Newpost.az”ın “Tutu.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Səyahət Xidməti Analitik Mərkəzinın açıqlamasında deyilir.
Qeyd olunur ki, bu il Azərbaycana uçuş üçün olan qəbzin orta qiyməti ötən ilə nisbətən 8% artıb (11 507 rubla qədər – 261,54 manat).
Cari ildə rusiyalıların Azərbaycanın sərnişin dövriyyəsindəki payı 5% təşkil edib.
Ölkələr üzrə ilk 10-u əsasən qonşu ölkələr təmsil edir: Özbəkistan, Qırğızıstan, Moldova, Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Tacikistan. Almaniya və Türkiyə də ilk 10-a daxil olub.
2020-ci ildə ən populyar 10 xarici istiqamətə daxil olan Moskva-Bakı reysi 9-cu yerdə qərarlaşıb. Azərbaycana bir tərəfə uçuş qəbzinin orta qiyməti ötən ilə nisbətən 25%, sərnişin axını isə 2% artıb.