Məktəblərdə yeməkxanalarda, idman zallarında sıxlığın yaşanmamasına nəzarət ediləcək.
“Newpost.az” Təhsil Nazirliyinin brifinqindən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bədən tərbiyəsi dərslərində sıxlıq olarsa, dərslərin keçirilməməsi tapşırılacaq:
“Geyinib-soyunma otaqlarında lazımi şərait olmayan məktəblərdə idman dərslərinin keçirilməsinə icazə verilməyəcək.
Eyni qaydada yeməkxanalarda da sanitar normaların gözlənilməsinə diqqət ediləcək”.
Qeyd edek ki, Siniflər şagird sayından asılı olaraq bölünəcək . 4439 məktəbdən 182 məktəbdə 1500 və daha çox şagird təhsil alır.
Təhsil naziri bildirib ki, 2335 məktəbdə şagird sayı azdır:
“Digər məktəblərdə isə şagirdlərin sayı daha azdır. Şagirdlərin sayı ilə bağlı sıxlıq yoxdur, lakin sinif məsələsi var. Siniflərdə şagird sayının çox olması, onların iki və ya üç yerə bölünməsi planlaşdırılır. Ümumilikdə şagird sıxlığı çox deyil”.