Dünyanın ən nəhəng aviaşirkətlərindən biri olan “Aeroflot” gələn həftədən etibarən Moskvadan yeni beynəlxalq istiqamətlərə uçuşlar həyata keçirəcək.
“Newpost.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu uçuşlar Böyük Britaniya, Türkiyə və İsveşrə istiqamətində nəzərdə tutulub.
Bu uçuşlardan yerli vətəndaşlarla yanaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, həmçinin tələbələr də faydalana biləcəklər. Sözügedən reyslərdən istifadə etmək istəyənlər çağrı mərkəzinə zəng edə, daşıyıcı şirkətin ofisinə və ya xarici ölkələrin səfirliklərinə müraciət edə bilərlər.
Qeyd olunan ölkələrlə yanaşı “Aeroflot” ABŞ, Almaniya, İspaniya, Kipr, İsrail, Çexiya, Fransa kimi ölkələrə də öz uçuşlarını həyata keçirir.