Əmək qanunvericiliyi və Kadr kargüzarlığı üzrə ekspert, əslən Tovuz rayonunun Köhnəqala kəndindən olan Ruslan Hümbətov ötən ay cəbhənin Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələrdən sonra şəhid və qazi ailələrinə dəstək məqsədi ilə ödənişsiz təlimə start verir.
“Newpost.az” xəbər verir ki, təlimin məqsədi şəhid və qazilərimizin ailə üzvlərinin yerli əmək qanunvericiliyi və kadr kargüzarlığı sahəsində insan resursları əməliyyatlarının aparılması, işçi və işəgötürən arasında əmək münasibətlərinin tənzimlənməsinə dair iştirakçıların nəzəri və praktik bilik və bacarıqlara yiyələnməsinə dəstək olmaqdır.
Təlimin özəlliklərindən biri də təlimçi tərəfindən təlimdə fərqlənənlərin gələcəkdə müvafiq istiqamət üzrə işlə təmin olunmasında yardımın göstəriləcəyi ilə bağlıdır.
Müraciət tarixi: 17-27 avqust 2020-ci il.
Müraciət şərtləri: Şəhid və ya qazi ailəsinin üzvü olduğunu təsdiq edən sənəd, əlaqə vasitələri ( tel: nömrə, e-mail və.s), doğum tarixi, adı soyadı ata adı, təhsili, iş yeri, kompüter bilikləri və digər bilgiləri aşağıda qeyd olunanan e-mail adresinə göndərməyiniz xahiş olunur
E-mail: training@aacademy.az
18 dərs 30 saatlıq İntensiv təlim proqramı
“Əmək qanunvericiliyi və Kadr kargüzarlığı” Proqramına daxildir:
– AR Əmək qanunvericiliyi sistemi
– Əmək qanunvericiliyində işlədilən əsas məfhumların sistematik izahı:
– Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ilə münasibətlərin tənzimlənməsi
– Əmək Məcəlləsinin tətbiq edildiyi iş yerləri
– Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslər
– Əmək münasibətlərinin qanunvericiliklə, müqavilə bağlamaqla və EİS-nə daxil edilməklə tənzimlənməsi (Əmək müqaviləsinin tərəfləri, forması və məzmunu,müddəti, əlavə və dəyişikliklər)
– Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər
– Sınaq müddəti
– Əmək müqaviləsinin tərəflərinin (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslər) əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində ümumi hüquqi təminatları
– Fərdi və kollektiv əmək mübahisəsi hüququ, onun qanunvericiliklə tənzimlənməsi
– Həmkarlar ittifaqları
– Kollektiv müqavilə bağlanması və yerinə yetirilməsi
– Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları:
– Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi
– Başqa işə keçirmə
– İşəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə
– Başqa işçinin əmək funksiyasının icrası
– İşçinin işdən kənar edilməsi
– Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi
– İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsinin tənzimlənməsi
– Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları
– Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları
– İşçiyə arayışların, xasiyyətnamənin verilməsi və onların başqa yerlərə göndərilməsi şərtləri
– İş vaxtının növləri və tənzimlənməsi qaydaları:
– Tam iş vaxtı, Qısaldılmış iş vaxtı və Natamam iş vaxtı
– Həftəlik tam iş vaxtının müəyyən edilməsi
– Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtının qısaldılmış müddəti
– Xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı
– İş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları:
– İş vaxtının rejimi, İş vaxtının cəmlənmiş uçotu
– Axşam və gecə növbəələrində iş
– İş vaxtından artıq iş, onun son həddi və müstəsna hallar
– İş vaxtının uçotu
– İstİrahət vaxtı və Bayram günləri
– İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti, işə cəlb olunmuş işçilərin əməyinin ödənilməsi və işçilərin işə cəlb olunmasının yolverilməzliyi
– Məzuniyyət hüququ və onun təmin edilməsi:
– Məzuniyyətin növləri
– Əmək məzuniyyəti və onun verildiyi iş ili
– Əmək məzuniyyətlərinin müddətləri
– Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları:
– Əmək məzuniyyətinin verilməsi və növbəlilik
– Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi
– Məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma
– Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması
– Məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi
– Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi
– Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları
– Əmək və icra intizamının təmin edilməsi
– Müəssisədaxili intizam qaydaları
– Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi
– İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti
– Əməyin mühafizəsi
– İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasının təminatı
– Qadınların, yaşı 18-dən az olan işçilərin və aqrar sahədə əmək münasibətlərinin tənzimlənməsi
– Əmək mübahisələri
– Əmək qanunvericiliyinin pozulmasına görə cərimələr