Türk Hava Yolları avqustun 1-dən etibarən Rusiyaya uçuşları bərpa edəcək.
“Newpost.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın S7 Hava Yolları da avqustun 10-dan etibarən Türkiyəyə uçuşları bərpa edəcəyini açıqlayıb. “Aviaşirkət” hətta Moskvadan Antalya və Dalaman şəhərlərinə müntəzəm uçuşların həyata keçirilməsi ilə bağlı aviabilet satışının açıldığını vurğulayıb.