Cari ilin avqustun 1-dən etibarən Rusiyanın Moskva regionu, Sankt-Peterburq və Rostov-na-Donu şəhərlərindən beynəlxalq aviareyslər bərpa olunacaq.
“Newpost.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin öz açıqlamasında bildirib.
O qeyd edib ki, 13 ölkə ilə: Macarıstan, Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, Hollandiya, Norveç, Polşa, Finlandiya, Çin, Vyetnam, Monqolustan və Şri Lanka ilə uçuşların bərpa edilməsi təklif olunur.
Bununla yanaşı avqustun əvvəlindən etibarən London, İstanbul və Ankaraya, 10 avqustdan etibarən isə – Bodrum, Dalaman, Antaliyaya uçuşlar bərpa ediləcək.