Türkiyənin “TRT 1” televiziya kanalında Tovuz hadisələri ilə bağlı geniş reportaj yayımlanıb.
“Newpost.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, reportajda ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasəti pislənilib, eləcə də Türkiyənin Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olduqları qeyd olunub.
Reportajda eyni zamanda telekanala xüsusi müsahibə verən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın “Azərbaycanın, Azəri qardaşlarımızın Qafqaz mübarizəsində olduğu kimi bu gün də yanındayıq və sonuna qədər də yanında olacağıq” deyə fikirləri yer alıb.
Bununla yanaşı Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Ağdam kənd sakini, Əziz Əzizovun öldürülməsi də son dərəcə pislənilib.