Cənubi Koreyanın paytaxtı Seul şəhərində maraqlı bir hadisə insanların diqqətini cəlb edib.
“Newpost.az” xarici mətbuata istinadən xəbər verir ki, axşam saatlarında şəhərin səmasında COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində motivasiya və məlumatlandırma mesajları nümayiş etdirilib. Bunun üçün 300-ə yaxın pilotsuz uçuş aparatından istifadə olunub.
Han çayı üzərindəki səmada nümayiş olunan görüntülərdə maska taxmaq, əl yumaq və sosial məsafə saxlamaq kimi əsas ehtiyat tədbirləri barədə mesajlar verilib.
10 dəqiqəlik şounun sonunda pandemiyanın ön cəbhəsində mübarizə aparan tibbi personala, o cümlədən də birgə kollektiv səylərə görə bütün Cənubi Koreyalılara təşəkkür mesajları həkk olunub.





















































































































































