Türkiyənin yolxucu xəstəliklər üzrə mütəxəssisi Dr. Meral Sönməzoğlu koronavirus simptompları ilə bağlı açıqlama verib.
“Newpost.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkimin sözlərinə görə koronavirusa ən çox yoluxan yaş qrupu 20-49-dur. Lakin, bu qrupun sadəcə 15-20 faizi xəstəxanaya müraciət edəcək dərəcədə ağır olurlar. Xəstəliyi yüngül simptomplar və ya simptompsuz keçirən şəxslərdə bir həftə sonra virusa qarşı antikor əmələ gəlir. Həkim bildirib ki, xəstəliyi simptompsuz keçirənlər ətrafında olan aktiv koronavirus xəstələrini müayinə edən zaman aşkar edilir və həmin xəstələrdə yarana antikor inkişaf edib bədəndə immunitet yaradır.
Dr. Meral Sönməzoğlu qeyd edib ki, belə insanlarda ən vacib simptom halsızlıq və bel ağrıları olur: “Bundan başqa nadir hallarda öskürək, üşütmə, qarın ağrısı və ishal kimi şikayətlər də ola bilər. Xəstəliyi yüngül keçirənlərin orqanizmlərində demək olar ki, hər hansı bir zərər qalmır”.