Massaçusetts məktəbinin avtobus sürücüsü kimi fəaliyyət göstərən Klayton Vord illər sonra Universitetin tarix müəllimi dərəcəsi diplomunu alaraq özünün çoxdankı arzusunu gerçəkləşdirib.
“Newpost.az” xarici mətbuata istinadən xəbər verir ki, Klayton Vord arzusunun gerçəkləşdirilməsi və təhsilinin başa çatdırılmasında gənc sərnişinlərin hərtərəfli dəstəyinin olduğunu bildirib.
“CNN”-ə müsahibəsində bəzi uşaqlar “Sən mənim müəllimim olmalısan” və ” Kaş ki mənim müəllimim olaydın” kimi ifadələri tez-tez işlətməsi mənim bu arzumun reallaşmasına gətirib çıxardı deyə o vurğulayıb.