Fransa prezidenti Emmanuel Makron bu gün səhər Baş nazir Eduard Filippin istefasını qəbul edib.
“Newpost.az” xarici mətbuata istinadən xəbər verir ki, Baş nazir Edurard Filipp və onun rəhbərlik etdiyi hökumət kabineti istefa verib.
Makron partiyasının keçən həftə bələdiyyə seçkilərindəki məğlubiyyətindən sonra kabinetini yenidən dəyişəcəyini açıqlamışdı.
Fransa mediası bir neçə həftədir ki, Makronun hökumətini daha çox solcu partiyasından olan nazirləri dəyişdirmək istədiyi haqqında spekulyasiya edirdi.
Xatırladaq ki, Edurard Filipp 2017-ci ildən bəri Makronun sağ əli olub.
Yeni hökumət formalaşanadək hazırki kabinet fəaliyyətini davam etdirəcək.