Xəbər verdiyimiz kimi bugün Rusiyanın paytaxtı Moskva şəhərində Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradı keçirilib.
“Newpost.az”ın Rusiya mətbuatından əldə etdiyi fotolardan da göründüyü kimi paradda Vladimir Putin başda olmaqla digər ölkələrin dövlət və hökumət başçıları, o cümlədən hərbiçilər də sosial məsafəni qorumamaqla yanaşı maskalardan da istifadə etməmişlər.
















































































































































