Rusiyanın Çuvaşiya Respublikasının keçmiş rəhbəri Mixail İqnatyev koronavirusdan dünyasını dəyişib.
“Newpost.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, İqnatyev xəstəxanada vəfat edib, məlumat rəsmi təsdiq olunmayıb.
Xatırladaq ki, Çuvaşiyaya 9 il rəhbərlik edən İqnatyev mayın 7-də Sankt-Peterburqda hər iki ağciyərin sətəlcəmi diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi. KİV-də yayılan məlumata əsasən, o, vəziyyəti ağırlaşdığından süni qan dövranı cihazına qoşulmuşdu.