Bu il Almaniyada bütün ailələr hər uşağa görə iki hissədən ibarət olmaqla birdəfəlik müavinət alacaqlar.
“Newpost.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti müvafiq qərar imzalayıb.
Bir uşaq üçün planlaşdırılan 300 avro “Uşaq bonusu (Kinderbonus)” adlanır və bu bonus sentyabr və oktyabr aylarında hər biri 150 avrodan ibarət olmaqla iki hissə ilə köçürüləcək və uşaq müavinəti ilə birlikdə valideynlərin hesabına ödəniləcəkdir.
Bu bonus, iqtisadiyyatın dirçəldilməsi və Almaniyada insanların sosial rifah halının yaxşılaşdırılmasına yönəldilmiş 130 milyard Avroluq iqtisadi stimul paketinin bir hissəsidir.
Angela Merkel hökuməti tərəfindən hazırlanan tədbirlərə ƏDV-lərin azaldılması və müəssisələrə dəstək də daxildir.
Bu il ərzində uşaqları dünyaya gələcək ailələr də bu pulu əldə edə biləcəklər deyə Ailə naziri Franziska Giffey vurğulayıb. O, eyni zamanda bu bonusu “ailələr üçün yaxşı bir gün” kimi xarakterizə edib.