“Newpost.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, ötən gün Rusiyada daha 8 855 nəfərin koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 8 708 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb, 197 nəfər isə bu xəstəlikdən həyatını itirib.
Rusiyada bugünədək 458 689 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 388 nəfər müalicə olunaraq sağalıb, 5 725 nəfər fəvat edib, 231 576 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.