Bakıda səfərdə olan Türkiyənin müdafiə naziri Hulusi Akar, Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzdə xidmət edəcək hərbiçilərlə görüşüb.
“Newpost.az” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Hulusi Akar bildirib ki, türk hərbiçiləri atəşkəsin qorunması ilə bağlı Birgə Mərkəzdəki vəzifələrini icra etməyə hazırdırlar:
“Ortaq Mərkəzdə fəaliyyətə başladıqdan sonra işlərimiz çoxalacaq. Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində, müdafiə vəzifəmizi yerinə yetirəcəyik”.



















































































































































