Azərbaycanda kişilərin hüquqları ilə əlaqədar qanunvericiliyə dəyişiklik edilməsi təklif olunur.
Bu, Milli Məclisin sabah keçiriləcək iclasında ilk dəfə təqdim ediləcək “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.
Sənəddə qeyd edilib ki, həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması təklif edilir.