Hər zaman öz xeyriyyə işləri ilə daima diqqət mərkəzində olan Şəmkir rayonunun Düyərli kəndində fəaliyyət göstərən “Düyərli Xeyriyyə Fondu” daha bir möhtəşəm layihəsi ilə hamının diqqətini cəlb edib.
“Newpost.az” xəbər verir ki, bu dəfə sözügedən fond kənd sakini, xeyriyyəçi Altay Alıyevlə birgə I və II Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış kəndin mərd oğullarının uyuduğu məzarlıqda yenidənqurma işləri aparıb.
Məlumat üçün qeyd edək ki, “Düyərli Xeyriyyə Fondu” Vətən Müharibəsi müddətində cəbhə bölgəsində döyüşən əsgər və zabirlərimiz üçün mütəmadi yardımlar göstərmiş, Gəncə terroru nəticəsində əzizlərini itirmiş Xədicə və Nilay balamıza maddi dəstək olmuş, eləcə də kəndin könüllü əsgərlərinin ailələrini gündəlik tələbata uyğun ərzaqla təmin etmişdir.
Bu fond cari ilin aprel ayıda təsis edilməsinə baxmayaraq artıq kəndin bütün problemlərinin həll edilməsində yaxından iştirak edir və mütəmadi olaraq aztəminatlı ailələrə yardımlar göstərir. Fondun əsas özəlliyi də onun tək Düyərli kəndi ilə kifayətlənməyərək respublikamızın digər rayon və şəhərlərində maddi cəhətdən əziyyət çəkən insanlara yardımlar göstərməsidir. Bununla yanaşı fond “Şəmkir Xeyriyyəçilər Birliyi” ilə birgə işğaldan azad olunan ərazilərdə aparılan yenidənqurma işlərinə də öz töfhəsini verməkdədir.
“Newpost.az” xəbər portalı olaraq “Düyərli Xeyriyyə Fondu”na gələcək işlərində uğurlar arzulayırıq!
















































































































































