“Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin Prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”, – deyə Makron bildirib. O, həmçinin Fransanın necə davranmalı olduğu ilə maraqlanıb. “Qraparak” isə yazır ki, “bu məsələlər erməni icması ilə yox, dövlət diplomatiyası yolu ilə həll edilməli idi”.
Açıq-aydın görünür ki, Makron Fransanın ATƏT in Minsk qrupu həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib.