Bakı-İstanbul-Bakı reysləri üzrə uçuşların hər həftə həyata keçirilməsi planlaşdırılır.
“Newpost.az” xəbər verir ki, bu sözləri Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim REAL TV-yə müsahibə verərkən bildirib.
Səfir açıqlamasında vurğulayıb ki, Azərbaycandakı epidemioloji vəziyyət nəzərə alınaraq bu uçuşlar həyata keçiriləcək.
Səfir qeyd edib ki, hər həftə uçuşların həyata keçirilməsi planlaşdırılır:
“Lakin Azərbaycanda 21 iyun tarixindən karantinin sərtləşdirilməsinə görə müəyyən sənədləşmələrdə dəyişikliklər ola bilər. Bu barədə operativ qərargah dəyişiklik və qərarları açıqlayacaq”.
Səfir açıqlamasında 17-18 iyun tarixlərində gerçəkləşdirilən Bakı-İstanbul-Bakı reyslərində gedən sərnişinlərdən heç birində “COVID-19” aşkarlanmadığını da deyib. Xəzər İbrahim Türkiyədə yaşayan azərbaycanlılar arasında koronavirusa yoluxan soydaşlarımızın sayının 35-ə çatdığını, 6 nəfərin isə öldüyünü bildirib.